Dünən baş tutan İtalya – Xorvatiya matçında inisdent yaşanıb.
İdmanxeber.com-un məlumatına görə, Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən İtalya – Xorvatiya matçı olaysız ötüşmüyüb. Belə ki, qonaq ölkənin azarkeşləri tərəfindən meydana məşəl atılıb. Bu səbəbdən hakim oynu iki dəfə dayandırmaq məcburriyətində qalıb.
Qarşılaşmanın bitməsindən sonra verdiyi müsahibəsində Xorvatiyalı baş məşqçi Niko Kovaç baş verən hadisələrə görə üzr istəyib.
Qeyd edək ki, oyunda baş verən olaylara görə 17 azarkeş həbs olunub.