Ölkə futbolu

AZAL hazırlıqlarına start verir

Topaz Premyer Liqasında XII turu çərçivəsində “Qəbələ” ilə qarşılaşacaq AZAL bu gündən bu oyunun hazırlıqlarına başlayacaq.

İdmanxeber.com-un məlumatına görə, noyabrın 15-də əvəzedicilərlə yoxlama matçı keçirən “təyyarəçilər” (əsas komanda 5:1 hesabı ilə qələbə qazanıb) 1 günlük istirahətdən sonra yenidən bir araya gələcək. Belə ki, saat 16:00-da komandamızın “AZAL Arena”da məşqi olacaq. Bu məşqlə həm də konkret olaraq cümə axşamı baş tutacaq “Qəbələ” matçının hazırlıqlarına start verilmiş olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43