Dünyadan

İtalya – Xorvatiya görüşü 17 azarkeşin tutulmasına səbəb oldu

 Dünən  baş tutan İtalya – Xorvatiya matçında inisdent yaşanıb.

İdmanxeber.com-un məlumatına görə, Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən İtalya – Xorvatiya matçı olaysız ötüşmüyüb. Belə ki, qonaq ölkənin azarkeşləri tərəfindən meydana məşəl atılıb. Bu səbəbdən hakim  oynu iki dəfə dayandırmaq məcburriyətində qalıb.

Qarşılaşmanın bitməsindən sonra verdiyi müsahibəsində Xorvatiyalı baş məşqçi Niko Kovaç baş verən hadisələrə görə üzr istəyib.

Qeyd edək ki, oyunda baş verən olaylara görə 17 azarkeş həbs olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43