16 Fevral 2025
Dünya futbolu

Juninyo zədələndi

Braziliya Karioka Liqasında 9-cu turun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, lider “Flamenqo” öz meydanında “Botafoqo”nu qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. “Qarabağ”ın sabiq hücumçusu Juninyo start heyətdə meydana çıxıb.

Matçın 11-ci dəqiqəsində 28 yaşlı futbolçu zədələnərək meydandan çıxıb.

Juninyonun yekun durumu tibbi müayinədən sonra müəyyənləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43