Ölkə futbolu

Jurnalistlərin Həmrəylik Kubokunda yarımfinal oyunları keçirildi – finalçılar bəlli oldu

Peşəkar Futbol Liqasının sponsorluğu və Stadium.az saytının təşkilatçılığı ilə keçirilən Jurnalistlərin Həmrəylik Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. İlk olaraq meydana “İdmanxeber.com” və “Futbol+” komandaları çıxdı. Bundan öncəki oyunda birincilərin iki oyunçusu qırmızı vərəqə aldığından və ehtiyatda futbolçuları olmadığından onlar meydana 6 yox, 5 oyunçu ilə çıxmışdı. Rəqib isə güzəştə getməyərək 6 oyunçu xidmətindən maksimum yararlandı. Buna baxmayaraq hesabı “İdmanxeber.com” açdı. Komandanıb bombardiri Elsəvər Əliyev qol vurdu. “Futbol+” ancaq ikinci hissənin startında hesabı bərabərləşdirə bildi. Ardından “İdmanxeber.com”un oyunçusu hakimə hörmətsizlik etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırıldı komanda meydanda 4 nəfərlə qaldı. Buna rəğmən oyunun sonuna kimi 1:1 hesabı dəyişmədi. Sona dəqiqələr qalarkən isə “Futbol+”un qapıçısı qırmızı vərəqə aldı. Oyunsonrası penaltilərdə isə daha təcrübəli olan “Futbol+” oyun boyu azlıqda çıxış edən uda bilmədiyi rəqibini 5:4 hesabıyla üstələdi.

İkinci yarımfinal oyununda isə “İdman Azərbaycan” “Rekord Komanda”yla üz-üzə gəldi. İlk görüşdən fərqli olaraq bu dəfə qarşılaşma gərgin keçmədi. “İdman Azərbaycan” rəqibini 4:1 hesabıyla məğlub edərək adını finala yazdırdı.

Beləliklə finalda “İdman Azərbaycan”la “Futbol+” , üçüncülük oyununda isə  İdmanxeber.com”la “Rekord Komanda” üz-üzə gələcək. Maraq üçün deyək ki, “İdman Azərbaycan”la “Futbol+” eyni qrupda mübarizə aparıb. Bu komandalar arasında qrupdakı oyun “Futbol+”un xeyrinə başa çatıb 4:2.

Yarımfinal

17 dekabr 11:00.

“İdmanxeber.com” – “Futbol+” 1:1 (pen. 4:5)

Qollar: Elsəvər Əliyev – Əli Raufoğlu

12.00

“İdman Azərbaycan” – “Rekord Komanda” 4:1

Qollar: Sərxan İbrahimoğlu (3), Tural Məmmədli – Anar Xanlarov

Bombardirlər: Sərxan İbrahimoğlu 25 (İdman Az), Səbuhi Nərimanoğlu 15 (Futbol+), Elsəvər Əliyev 14 (İdmanxeber.com), Ceyhun Rzayev 11,  (Komanda Rekord), Anar Əsədov 9 (idmanxeber.com), Anar Xanlarov 8 (Komanda Rekord), Tural Məmmədli 7 (İdman Az), Tural Xudiyev 6 (Het Trik news), İsmayıl Abdullayev (İdman Az) 6.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43