Bu gün Misli Premyer Liqasında 9-cu tur start götürüb.
İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. 10-cu yerdəki “Kəpəz” 8-ci pillədəki “Neftçi”ni qəbul edib və oyundan 4:3 hesabı ilə qalib ayrılıb.
Bununla da “sarı-göylər” mövsümdəki ilk qələbəsini qazanıb. “Neftçi” isə geridə qalan 9 görüşdə 5 dəfə heç-heçə edib, 4 dəfə məğlub olub.
4 oktyabr
17:00. “Kəpəz” – “Neftçi” 4:3
Qol: Ervin Koffi, 4 (0:1), Orxan Əliyev, 24 (1:1), Ramil Şeydayev, 31 (1:2), Orxan Əliyev, 32 (2:2), Mahamadu Ba, 41 (3:2), Viktor Braqa, 48 (4:2), A. Salyanski (90+5)
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev
Tovuz şəhər stadionu.