17 Sentyabr 2024
Ölkə futbolu

“Kəpəz” portuqaliyalı futbolçu transfer etdi – SON DƏQİQƏ!

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə klubu portuqaliyalı futbolçu Dioqo Verdaska ilə anlaşıb. Bir dönəm La Liqada forma geyinən oyunçu “Real Saraqosa”da çıxış edib. 

Portuqaliyalı ölkəsinin U-19, U-20 millilərində də oynayıb. “Kəpəz” yarımmüdafiəçinin transferini yaxın vaxtda açıqlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43