“Kəpəz” rəhbərliyi Misli Premyer Liqasının 34-cü turunda “Zirə” ilə edilən heç-heçəyə (1:1) biganə qalmayıb.
Rəhhbərlik komandanın avrokubok mübarizəsi verən qəsəbə təmsilçisinə qarşı oyununu yüksək qiymətləndirib. İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, qazanılan bir xalın mükafatı kimi isə oyunçulara 1200 manat “premya” verilib.
Rəhbərlik həm sözügedən matçda qazanılan bir xala görə, həm də klub Premyer Liqada qaldığı üçün komandaya jest edib.