01 Oktyabr 2024
Ölkə futbolu

“Kəpəz” yeni baş məşqçisini rəsmən açıqladı

“Kəpəz”ə yeni baş məşqçi təyin edilib.

İdmanxeber.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

“Sarı-göylər”i Azər Bağırov çalışdıracaq. 40 yaşlı mütəxəssis ilə 2 illik müqavilə imzalanıb. 

Azər Bağırov son olaraq “Araz-Naxçıvan” klubunda fəaliyyət göstərib.

Xatırladaq ki, Gəncə təmsilçisi bugünlərdə baş məşqçisi Adil Şükürovu uğursuz nəticələrə görə istefaya göndərib. Hazırda “Kəpəz” Premyer Liqada 10 komanda arasında sonuncu yeri tutur. Komanda bu mövsüm keçirdiyi 5 oyunun hamısında uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43