19 Sentyabr 2024
Ölkə futbolu Premyer Liqa

“Kəpəz”də bu iki futbolçu əvəzedici heyətə göndərilir – Azər Bağırovdan sərt qərar

Cari mövsümdə hələ də aktivində xal olmayan “Kəpəz”in məşqçilər korpusu yeni qərar verib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubunun baş məşqçisi Azər Bağırov albaniyalı futbolçusu Redon Mihananın çıxışından narazıdı və onu əvəzedici heyətə göndərməyi düşünür. Ümumiyyətlə, braziliyalı Keverton və alban Mihananı qarşıdakı günlərdə Gəncə klubunun əvəzedici heyətində görə bilərik. Hər iki futbolçunun çıxışı məşqçilər korpusunu qane etmir.

Mövsümün gedişində onlarla yolların ayrılması da istisna edilmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43