Stadion problemi 2025-ci ildə həll olunacaq “Kəpaz”in yeni mövsümün oyunlarını da doğma şəhərdən kənarda keçirməli olacaq.
İdmanxeber.az-ın məlumatına görə, Gəncə təmsilçisi bir neçə variant üzərində götür-qoy edirdisə, artıq bu məsələ dəqiqləşib saymaq olar.
“Sarı-göylər” növbəti mövsumdən ev oyunlarını Qəbələdə keçirəcək. Bu, AFFA-nın “Qəbələ”nin I Liqada çıxış edəcəyini təsdiqləməsinin ardından dəqiqləşib. “Kəpəz” tərəfi yeni mövsümdən ev oyunlarını sözugedən şəhərdə keçirmək üçün “Qəbələ” tərəfi ilə son danışıqları edəcək və bundan sonra qərb klubunun bu şəhərə “köçü” başlayacaq.