27 İyun 2026
İdman

Azərbaycan çempionatı başa çatdı

Qadın həndbolçuların Azərbaycan çempionatı başa çatıb.

İdmanxeber.az xəbər verir ki, XVI turun sonuncu qarşılaşması Mingəçevirdə gerçəkləşib.

“Kür” çempion “Qarabağ”ı qəbul edib. Meydan sahibləri rəqibini 36:26 hesabı ilə üstələyib.

Qələbə sayəsində çempion “Qarabağ”la xal fərqini minimuma endirən “Kür” komandası mövsümü 25 xalla ikinci pillədə başa vurub. Aktivində 21 xalı olan “Azəryol” ilk üçlüyü qapayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43