22 Dekabr 2024
Ölkə futbolu

“Kəpəz”in iki futbolçusuna sərt cəza

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Divizionun XXVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

I Divizionun XXVI turunun “Kəpəz” – “Sabah-2” oyununda “Kəpəz” klubunun futbolçusu İbrahim Qədirzadə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 36.1);

“Kəpəz” klubunun futbolçusu Bəhruz Teymurov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 240 manat cərimə olunur (maddə 36.2);

“Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

XXVI turun “Şamaxı-2” – MOİK oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

MOİK klubunun futbolçusu Həsrət Mürsəlov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

XXVI turun “Sumqayıt-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandası vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 84).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43