Braziliyada keçiriləcək dünya çempionatında Kaka olmayacaq.
İdmanxeber.com-un məlumatına görə, Braziliya millisinin baş məşqçisi Felipe Skolari “Milan”ın futbolçusunu 23 nəfərlik heyət arasında salmayıb.
Kaka özü isə “Sky Sport”a açıqlamasında bunu belə şərh edib:
“Heyətə düşmək üçün əlimdən gələni etdim, çox çalışdım. Skolari uzun müddətdir məni axtarmırdı. Ona görə də sürpriz olmadı”.