Türkiyə PTT 1-ci Liqasının 5-ci turun oyunlarına start verilib.
İdmanxeber.com-un məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Karşıyaka” öz meydanında “1141 Trabzon”u qəbul edib. Meydan sahibləri ilk hissəni qələbə ilə başa vursa da, Ağayev ikinci yarıda 6 dəqiqə ərzində topu qapıdan 3 dəfə çıxartmaq məcburiyyətində qalıb.
Matçın 62-ci dəqiqəsində Artarslan, 65-də Kokoc, 68-də isə Aruqin Kamranı məyus edib.
Qeyd edək ki, “Karşıyaka” 5-ci turdan sonra 5 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.