Ölkə futbolu

Kamran Ağayev: “Başqa cür oyuna köklənə də bilmərik”

“İsti hava şəraitində məşqlərimizi davam etdiririk. Buna baxmayaraq, biz yaxşı məşq keçirik. Hər şey qaydasındadı. Səfərə yaxşı hazırlıqlı yollanacağıq”.

Bu sözləri millimizin qolkiperi Kamran Ağayev deyib.

Təcrübəli əlcək ustası  rəqib hücumçuların güclü cəhətlərini özü üçün təhlil etmədiyini bildirib: “Bununla rəqibi tanımaq olmaz. Onsuz da İsrailin heyətində bir-birindən səviyyəli futbolçular olduğunu bilirik. Ancaq yenə deyirəm ki, rəqibin heyətində kimin olmasından asılı olmayaraq, biz də yaxşı hazırlıq keçirik. Yalnız öz oyunumuzu düşünməliyik”.

Ağayev həmişə olduğu kimi, yığmanın qarşıdakı oyununa da nikbin baxdığını söyləyib: “Yığma səfərdən qələbə ilə qayıda bilər. Şəxsən mən buna inanıram. Millinin səfərləri zamanı əsas hədəf bir olur. Qələbə qazanmaq. Başqa cür oyuna köklənə də bilmərik. İsrailə qələbə üçün gedirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43