Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Karşıyaka” klubunun baş məşqçisi Cüneyt Dimlupınar istefa verib.
İdmanxeber.com-un məlumatına görə, komandanın uğursuz çıxışı baş məşqçinin getməsinə səbəb olub.
35 yaşlı mütəxəssisin yerinə boş qlamış baş məşqçi postuna kimin gətiriləcəyi isə hələ məlum deyil.
Qeyd edək ki, “Karşıyaka” klubu Türkiyə PTT 1-ci liqasında keçirdiyi 6 oyunda cəmi 5 xal qazanıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.