“Komandanı və bütün klub üzvlərini ikinci yer tutması ilə təbrik edirəm. Həqiqətən də, hər bir üzvümüz mövsüm ərzində böyük iş gördü. Qazanılan uğur mənim üçün çempionluğa bərabərdir”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.
“Bankirlər”in çalışdırıcısı Kamranın oyununu da xüsusi qeyd edib:
“Komanda sonuncu pillədən yüksələrək çempionluq üçün mübarizə apardı. Oyunda böyük üstünlüyə malik idik. Kamran Ağayev olmasa idi, böyük hesabla qalib gələcəkdik. Kamran öz yüksək səviyyəsini bir daha göstərdi. Müdafiədə etibarlı oynadıq, yaxşı hücumlar qururduq, oyuna tam nəzarət edirdik. Komandanın əsas heyəti çox yaxşıdır. Lakin Avroliqa öncəsi 3 futbolçu almağı düşünürük – mərkəz müdafiəçisi və hücumameylli futbolçular”.