Premyer Liqa

Oğuz Çətin: “İstənilən şərtlər daxilində qələbə hesabını qorumalı idik”

“Mövsümün son oyunlarını oynamaq asan deyil. Mövsüm boyu yığılan yorğunluq öz təsirini göstərir. Oyuna çox yaxşı başladıq. İstədiyimiz kimi oynadıq, bu zamanda da iki qol vurduq. Qələbə hesabını oyunun sonuna qədər qorumağı düşünürdük. Lakin hesab 2-1 olduqdan sonra rəqib daha da ümidləndi və ikinci hissədə çox hücum etdi, bizim üzərimizdə təzyiqini artırdı. Son dəqiqədə penaltiyə səbəb olmalı deyildik, istənilən şərtlər daxilində qələbə hesabını qorumalı idik. Rəqib ikinci hissədə çox istəkli oynadı, hesabı bərabərləşdirdi”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın məşqçisi Oğuz Çətin deyib.

Cənub klubunun məşqçisi daha sonra sözlərinə belə davam edib:

“Simurq” kimi komandaya qarşı mövsümün sonunda oynamaq çətindir. Meydançanın da süni örtüklü olması oyunumuza təsir etdi. İstədiyimiz oyunu göstərə bilmədik. Burada məğlub olmamağı və mövsümü qələbə ilə başa vurmağı hədəfləmişik”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43