Türkiyə PTT 1-ci Liqasının 3-cü turunun oyunlarına start verilib.
İdmanxeber.com-un məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Karşıyaka” doğma azarkeşləri önündə “Samsunspor”la qarşılaşıb. Dörd qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 2:2.
Qonaqlar 52-ci dəqiqədə penalti zərbəsi ilə Kamran Ağayevi məyus ediblər.
Sond aonu da qeyd edək ki, qolkiper “Karşıyaka”ya transfer olunarkən müsahibəsində İzmir təmsilçisinin penaltidən qol buraxmayacağını bildirmişdi.