“Neftçi” çilili futbolçu Nikolas Kanaleslə münasibətləri rəsmiləşdirib.
İdmanxeber.com-un məlumatına görə, onunla mövsümün sonunadək müqavilə imzalanıb.
Mərkəz hücumçusu köhnə-yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Çili milli komandasının (1 oyun) və U-20 yığmasının (13 oyun, 6 qol) sabiq üzvü Nikolas Kanales 2012-2013, 2014-2015-ci illərdə “Neftçi”nin heyətində çıxış edib.