“Kristal Pelas”ın yarımmüdafiəçisi və kapitanı Luka Milivoyeviç mövsümün sonunda klubu tərk edəcək.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı oyunçunun müqaviləsi mövsüm sonu başa çatır. Onunla sözləşmə yenilənməyəcək.
Serbiyalı yayda azad agent statusu ilə “Kristal Pelas”dan ayrılacaq.
Milivoyeviç 2017-ci ilin yanvarından burada çıxış edir. O, komandanın heyətində 198 oyunda 29 qol vurub, 6 məhsuldar ötürmə edib.