Dünya futbolu

“Barselona”ya qayıtmaq istəyirəm” – Andres İnyesta

Andres İnyesta “Barselona”ya qayıtmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə,  Yaponiyanın “Vissel Kobe” klubundan ayrıldığını açıqlayan təcrübəli futbolçu gələcək karyerası barədə danışıb:

“Dəfələrlə dediyim kimi, həyatımın hansısa məqamında “Barselona”ya qayıtmaq istərdim. Amma indi düşünürəm ki, bu, çox uzaq bir xəyaldır. Futbol oynamağa davam etmək istəyirəm. Ümid edirəm ki, Xavi uzun müddət orada məşqçilik edəcək”.

39 yaşlı ispaniyalı iyulun 1-də komandanın heyətində son oyununu keçirəcək.

İnyesta 2018-ci ildə “Barselona”dan “Vissel Kobe”yə keçib. O, Yaponiya təmsilçisində 133 oyun keçirib, 26 qol vurub, 25 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43