Çempionlar Liqasında Albaniya “Partizani”si ilə qarşılaşacaq “Qarabağ” kapitanı Rəşad Sadıqovdan sevindirici xəbər alıb.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun 37 yaşlı müdafiəçi son məşqlərin birində dizindən zədələndiyi üçün onun Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Partizani” ilə ilk matçda meydana çıxması sual altında idi. Lakin həkimlər Sadıqovun qarşıdakı oyunlarda meydana çıxmasında heç bir problem gormür. Bu baxımdan da onu Tirana klubu ilə oyunlarda meydanda görə biləcəyik.
Xatırladaq ki, “Partizani” ilə ilk oyun iyulun 10-u Tiranada, cavab qarşılaşması iyulun 17-si Bakıda olacaq.