"İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze Gürcüstan millisinə baş məşqçi təyin olunub.
İdmanxeber.com-un məlumatına görə, Sxadadze gələn il yanvarın 1-dən, iyunun 1-ə kimi "İnter"lə yanaşı, Gürcüstan millisində də baş məşqçilik edəcək. Təcrübəli mütəxəssis Gürcüstan millisini Malta ilə yoldaşlıq oyununa və Almaniya ilə "Avro-2016"nın seçmə mərhələ matçına çıхaracaq.
İyun ayından isə Sxadadze ilə iki illik müqavilə imzalanacaq.