Ölkə futbolu

“Qəbələ” Rəşad Sadiqovu transfer edir: Son 48 saat – AÇIQLAMA

“Qəbələ” Rəşad Sadiqov transferində maraqlıdı.

Bu barədə idmanxeber.com-a “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlı məlumat verib.

Əyalət klubunun rəsmisi bildirib ki, “Xəzər Lənkəran”dan ayrılan və azad agent statusuna malik futbolçu haqda yeni baş məşqçi Roman Qriqorçuka məlumat verilib. Hazırda ukraynalı çalışdırıcının qərarı gözlənilir. Əgər Qriqorçuk “hə” deyəcəyi təqdirdə Sadiqov “Qəbələ” ilə müqavilə bağlayacaq:

“Bəli, Sadiqov və digər azad futbolçularla bağlı baş məşqçimizə məlumat vermişik. Onun qərarına əsasən addım atılacaq. Yaxın 1-2 gündə hər şey məlum olacaq”.

Əldə etdiyimiz məlumata görə, Sadiqovun transferi böyük ölçüdə həll olunub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43