Kateqoriyasız

Kaxaber Sxadadze Gürcüstan millisinə baş məşqçi təyin olundu – Rəsmi

"İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze Gürcüstan millisinə baş məşqçi təyin olunub.

İdmanxeber.com-un məlumatına görə, Sxadadze gələn il yanvarın 1-dən, iyunun 1-ə kimi "İnter"lə yanaşı, Gürcüstan millisində də baş məşqçilik edəcək. Təcrübəli mütəxəssis Gürcüstan millisini Malta ilə yoldaşlıq oyununa və Almaniya ilə "Avro-2016"nın seçmə mərhələ matçına çıхaracaq.

İyun ayından isə Sxadadze ilə iki illik müqavilə imzalanacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43