Berti Foqtsun istefasından sonra millimizdə boş qalmış baş məşqçi postuna bir neçə mütəxəssisin adı çəkilir.
Onlardan biri də “İnter”in baş məşqçisi Kaxaber Sxadadzedi.
“Bankirlər”in çalışdırıcısı idmanxeber.com-a açıqlamasında ona hər hansı bir təklifin gəlmədiyini bildirib:
“Bununla bağlı hər hansı təklif almamışam. Amma istənilən halda milli komandadan təklif almaq hər bir baş məşqçi üçün şərəfdi. Əgər mənə də belə bir təklif gəlsə fikirləşmək olar”.