Bu gün Azərbaycan Premyer Liqasında XI turun oyunlarına start veriləcək.
İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə üç qarşılaşma keçiriləcək.
Avropa Liqasındakı təmsilçilərimiz – "Qarabağ" və "Qəbələ" müvafiq olaraq AZAL və "Kəpəz"lə üz-üzə gələcək.
Günün erkən matçı isə "İnter" və "Zirə" komandaları arasında olacaq.
Qeyd edək ki, tura noyabrın 2-də keçiriləcək iki oyunla yekun vurulacaq.
31 oktyabr (şənbə)
Azərbaycan Premyer Liqası, XI tur
16:00.“İnter” – “Zirə” – 0:0
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Coşqun Həsənov, Ömər Paşayev
“İnter Arena”
18:00.“Qəbələ” – “Kəpəz” – 1:2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Elvin Əsgərov
Qəbələ şəhər stadionu
19:00.“Qarabağ” – AZAL – 2:0
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu