Antalyada təlim-məşq toplanışını davam etdirən “Keşlə”nin sonuncu rəqibi məlum olub.
İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Tərlan Əhmədovun komandası yanvarın 20-də Serbiyanın Super Liqa təmsilçisi “Dinamo” (Vrane) ilə qarşılaşacaq. Oyunun “Riu Kaya Belek” otelinin meydançasında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Antalyadakı ilk yoxlama oyununda Özbəkistanın U-23 komandası ilə qolsuz heç-heçəyə razılaşan “Keşlə” “Dinamo”dan sonra, yanvarın 23-də Rumıniyanın “Konkordiya” və 25-də Rusiyanın “Çertoanovo” klubları ilə qarılaşacaq.