Yeni mövsümə hazırlaşan “Keşlə” heyətinə daha iki oyunçu qatıb.
İdmanxeber.az-ın məlumatına görə, xorvatiyalı futbolçu İqor Yovaniviç və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ziya Əzizov yeni mövsümdən paytaxt klubunun şərəfini qoruyacaq.
Son klubu “Neymegen”in gənclər komandası olan Ziya Əzizovun müqavilə müddəti isə 1+1 il olacaq.
Qeyd edək ki, “Keşlə” buna qədər Rəşad Əzizli, Ruslan Qurbanov və Franko Floresi transfer etmişdi.