“Keşlə”nin Türkiyədə təlim-məşq toplanışında sonuncu yoxlama matçındakı rəqibi müəyyənləşib.
İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, Tərlan Əhmədovun komandası Türkiyənin aşağı liqa təmsilçisi “Batman Petrolspor”la qarşılaşacaq. Matç sabah Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Xatırladaq ki, “Keşlə” bundan əvvəl Türkiyənin 1-ci liqa təmsilçisi “Osmanlıspor”la qolsuz bərabərə qalıb, Superliqa təmsilçisi “Rizəspor”a 0:3 hesabı ilə uduzub.