29 Noyabr 2024
İdman

“Keşlə” və “Zirə” 800, “Sumqayıt” 200 manat “tərlədi”

AFFA Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunundakı qayda pozuntularına görə cəzaları açıqlayıb.

İdmanxeber.com qurumun saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin iclasında bununla bağlı məsələlərə baxılıb. 1/4 mərhələsinin “Keşlə” – “Kəpəz” matçında “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

 “Zirə” – “Neftçi” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Qarabağ” – “Sumqayıt” matçının 88-ci dəqiqəsində “Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev sonuncu ümid fouluna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43