İdman

Rəşad Sadıqov futbolçu karyerasını bitirəcəkmi?

Bu gün rəsmi olaraq 21yaşlı futbolçulardan ibarət yığma komandamıza və yeni yaradılan U 20 millimizə baş məşqçi təyin olunan Rəşad Sadıqov həmçinin “Qarabağ”ın U 19 komandasını çalışdırır. Bəs görəsən gənc mütəxəssisə futbolçu karyerasına davam etdirməklə yanaşı, çalışdırıcı kimi də işləməkçətinlik yaratmayacaq?

İdmanxeber.com-a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Sadıqovun futbolçu karyerasını bitirmək barədə düşünmədiyini söyədi: “Rəşad Sadıqov hələ “Qarabağ”da oynayacaq və öz töhvəsini verəcək. Bu barədə eşitməmişəm ki, karyerasını sonlandırsın”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43