ÇSKA-nın hücumçusu Fyodor Çalov “Qalatasaray”a keçməyə razılaşıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə Türkiyənin “Fanatik” nəşri məlumat yayıb. İstanbul klubunun rəhbərliyi futbolçunun agenti ilə əlaqə saxlayıb və oyunçu da transferə razılıq verib.
“Qalatasaray” hazırda ÇSKA ilə danışıq aparır.
25 yaşlı rusiyalı ötən mövsüm komandanın heyətində 41 oyun keçirib, 24 qol vurub və 6 məhsuldar ötürmə edib. Çalovun Moskva klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.