AFFA Klublar Komitəsinin iclası baş tutub. Assosiasiyanın inzibati binasında təşkil olunan toplantıda Premyer Liqa klublarının nümayəndələri iştirak edib. Həmçinin AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik də toplantıya qatılıb.
İclasın gündəliyindəki əsas məsələ Klublar Komitəsinə sədr seçkisi olub. Bu vəzifəyə “Sumqayıt”ın prezidenti Riad Rəfiyev seçilib.