Bu gün Four Seasons otelində AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.
İdmanxeber.com-un məlumatına görə, iclasın gündəliyinə daxil edilmiş məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb, növbəti iclasda müzakirə ediləcək məsələlər müəyyənləşdirilib.
Topaz Premyer Liqasının XVIII turunun “Simurq” – “Bakı” oyununun hava şəraiti ilə bağlı bu günə keçirilməsi ilə əlaqədar hər iki klubun nümayəndəsi, həmçinin “Qarabağ” klubunun təmsilçisi üzürlü səbəbdən iclasda iştirak etməyib.