Kateqoriyasız

TƏSDİQLƏNDİ: Oğuz Çətin “Xəzər Lənkəran”dan istefa verib

“Oğuz Çətin baş məşqçi vəzifəsindən istefa verib. Onun bu qərarı bizim üçün gözlənilməz oldu. İstefanın qəbul olunub-olunmayacağı hələ bəlli deyil. Amma böyük ehtimalla, klub prezidenti istefanı qəbul edəcək”.

İdmanxeber.com-un Futbolxeber.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

Klub rəsmisi komandanın yeni baş məşqçisinin Yunis Hüseynov olacağı haqdakı iddialara da cavab verib: “Komandamızın yeni baş məşqçisinin kim olacağını hələ deyə bilmərəm. Çünki istefa gözlənilməz olduğundan hansısa axtarışlara başlamamışıq. Amma yeni baş məşqçimiz Yunis Hüseynov olmayacaq. O, klubun idman direktorudur və öz vəzifəsində də qalacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43