25 Sentyabr 2024
Ölkə futbolu

“Komandamdan razı qaldım, hər şey istədiyimiz kimi oldu” – Kaxaber Tsxadadze

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze “Cəbrayıl”a 4:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunu ilə bağlı fikirlərini bildirib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o deyib: 

“Yoldaşlıq oyunu idi. Əlbəttə ki, nəticə olaraq razı qaldım. Meydan amilinin bizə çətinlik yaradacağını bilirdik. Buna baxmayaraq, öhdəsindən gəlməyi bacardıq, meydanda istədiyimi görə bildim. Lakin, yenə də üzərində işləməli olduğumuz məqamlar var. Yoldaşlıq oyunları da məhz bunun üçündür ki, hansı detal üzərində işləməli olduğunu görə biləsən. Nəticə etibarilə, komandamdan razı qaldım, hər şey istədiyimiz kimi oldu”. 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43