26 Noyabr 2024
Ölkə futbolu

“Komandanın yetərincə gücü var” – Murad Xaçayev

“Oyuna yaxşı başladıq. Bir neçə imkan da əlimizə düşdü. İlk hissə pis təsir bağışlamadıq. Qapıya vurulan ilk zərbə qolla nəticələndi. Fasiləyə yaxın qol buraxmaq yaxşı hal deyil. Vəziyyət daha da ağırlaşır”.

Bu sözləri idmanxeber.az saytına “Sumqayıt”ın futbolçusu Murad Xaçayev deyib. O, oyundan əvəzlənməsini zədələnməsi ilə əlaqələndirib:

“Oyundan çıxmama səbəb dizimdən zədə almağımdır. Nə qədər davam etmək istəsəm də, gördüm alınmır. Oynaya bilmədim”.

Xaçayev “Sumqayıt”ın qeyri-stabil çıxış etməsini belə şərh edib:

“Komandanın yetərincə gücü var. Ancaq heyət təzədir. Yeni legionerlər qoşulub. O qədər pis oynamırıq. Oyunumuz yavaş-yavaş alınır. Ancaq yenə də vaxt lazımdır. Üzərimizdə hər hansı bir təzyiq yoxdur. Çalışırıq ki, hər oyundan 3 xalla ayrılaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43