"Avro2016" seçmə mərhələsi çərçivəsində keçriiləcək Azərbaycan – Xorvatiya matçından öncə mətbuat konfransı keçirib.
İdmanxeber.com-un məlumatına görə, Xorvatiya yığmasının çalışdırıcısı Niko Kovaç bunları deyib.
– Sabahkı oyunu Niko Kovac – Prosineçki dueli kimi qələmə vermək olarmı?
– Biz artıq məşqçiyik. İstəməzdim bu qarşılaşma duel kimi qələmə verilə.
– Müsahibələrinizin birinde millimizdə dətişiklikıərin olduguni drmisdiz. Bu dəyişikıikıər hansıdı?
– Azərbaycan millisi müdafiədə daha sıx oynayır. Əvvəlki kimi topu hara geldi vurmur. Qısa ötürmələrə üstünlük verir. Hər şey bizdən asılı olacaq.
– Heç-heçə olsa və ya Xorvatiya uduzsa bunu normal nəticə kimi qəbul etmək olarmı?
– Mən həmişə optimist olmuşam. Biz sabah 3 xal qazansaq Avro-2016ya vəsiqə qazana bilərik.
– Xorvatiya millisinin sabah 3dən artıq qol vurmaq imkanı olsa bundan iatifadə edəcək, yoxsa…?
– Üçdən artıq qol vura bilsələr, deməyəcəm ki, vurmayın. Azarkeşlər qollara görə gəlirlər. İlk dəqiqədən son dəqiqəyə kimi qol imkanımız olsa, dayanmadan vuracağıq