22 Dekabr 2024
Kateqoriyasız

“Krasnodar”ın futbolçusu: “Heç bir arxayınlıqdan söhbət belə gedə bilməz”

Avropa Liqasının qrup mərhələsində sabah “Qəbələ”nin qonağı olacaq “Krasnodar”ın futbolçusu Ranyar Siqurdsson klub saytına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, Siqurdsson oyun öncəsi bunları qeyd edib:

“Digər oyunlara necə hazırlaşmışıqsa, bu görüşə də eyni formada hazırlaşmışıq. Hansısa yorğunluqdan danışmaq yersizdi. İli major notda bitirmək lazımdı. Həm də nəzərə alaq ki, qələbə qazansaq, növbəti mərhələyə lider kimi yollanacağıq. Bu üzdən də Bakıya yalnız 3 xal dalınca yollanırıq. Heç bir arxayınlıqdan söhbət gedə bilməz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43