Dünya futbolu

Kristiano Ronaldo İsveçə qarşı oynamayacaq

Kristiano Ronaldo İsveçə qarşı keçiriləcək yoldaşlıq oyununda iştirak etməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, Portuqaliya millisinin baş məşqçisi Roberto Martines 39 yaşlı hücumçunu yığmaya dəvət etmətib. 

Onun Sloveniya ilə yoldaşlıq matçından əvvəl kollektivə qoşulacağı vurğulanıb.

Portuqaliya millisi martın 21-də İsveç, beş gün sonra isə Sloveniya ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43