Ölkə futbolu

Hakimlərin gözü yolda – 3 aydır ki…

Azərbaycanda futbol hakimləri 3 aydır maaş ala bilmir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Premyer Liqa daxil olmaqla, aşağı liqalara təyin edilən referilər uzun müddətdir əmək haqqı üzünə həsrətdir. 3 aydır hakimlərə yalnız maaşları yox, oyunlarına təyin edilən zaman ödənməli olan qonorarları da verilmir.

Ödənişlərin bu qədər gecikməsinin səbəbi isə bəlli deyil. AFFA-dan bu barədə hakimlərə heç bir məlumat verilməyib.

Əgər ödəmələr bu ay sonu da verilməsə, hakimlər 4-cü ayı da pulsuz keçirəcək.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43