20 Sentyabr 2024
Dünya futbolu

Kriştiano Ronaldo: “Nəticə gözlədiyimiz kimi olmadı”

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo millinin Almaniyada keçirilən Avro-2024 barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, ulduz oyunçu yığmasının çıxışını dəyərləndirib:

“Nəticə gözlədiyimiz kimi olmadı, yəni turnirdə qalib gəlmək. Biz bu çempionatdan mühüm dərs aldıq. Amma biz həmişə Portuqaliyanın qarşıdakı turnirlərdə daha yaxşı çıxış edəcəyinə inanmalıyıq”.

39 yaşlı futbolçu 2003-cü ildən millidə çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43