22 Dekabr 2024
Kateqoriyasız

Kristof Qaltye: “Səfərdə “Qarabağ”la yaxşı oynadıq”

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Sent-Etyen” klubunun baş məşqisi Kristof Qaltye “Bordo” ilə oyun öncəsi Fransa mətbuatına açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, baş məşqçi “Qarabağ”la oyunda yaxşı çıxış etdiklərini də vurğulayıb. 

“Hədəfimiz “Bordo”ya qalib gəlməkdir. Son vaxtlar sıx qrafiklə oynayırıq. Bu, işimizi çətinləşdirir. Ancaq başqa yolumuz yoxdur. Həm ölkə çempionatında, həm də Avropa Liqasında uğur əldə etməyə çalışırıq. Təbii ki, nəticə əsas şərtdir. Ancaq bəzən yaxşı oyun nümayiş etdirsən də, qələbə qazanmaq mümkün olmur. Avropa Liqasına bir xalla başladıq. Düşünürəm ki, səfərdə “Qarabağ”la yaxşı oynadıq. Bundan sonrakı qarşılaşmalarda daha yaxşı nəticələr qazanacağımıza inanıram”.

Qeyd edək ki, “Sent Etyen”in “Qarabağ”la Bakıdakı oyunu qolsuz bərabərliklə başa çatmışdı – 0:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43