21 Oktyabr 2024
Ölkə futbolu

Krunoslav Renduliç: “Hər şey bizim nəzarətimiz altındaydı”

“Oyun haqda nə danışa bilərəm? Yaxşı başladıq, qol vurduq. Hər şey bizim nəzarətimiz altındaydı. İkinci hissədə oyuna nəzarət edən tərəf biz idik. Qol fürsətimiz də oldu. İki-üç qol fürsətimiz var idi, amma daha yaxşı zərbələr endirsəydik, yarı fürsətlərdən də istifadə edə bilərdik. Əfsuslar olsun ki, qoldan 2 dəqiqə öncə 3-4 ardıcıl səhvlər etdik və qol buraxdıq. Futboldur, fürsətləri istifadə etmirsizsə, qol görürsüz”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 10-cu turunun “Zirə” ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“Topla və topsuz oyuna nəzarət edə bilərsən. Əgər səmimi şəkildə desək, “Zirə” heç bir qol fürsəti yaratmadı. Amma bizim isə bir 100 faizli, 2-3 yarı qol fürsətlərimiz oldu ki, onlardan yararlanmalıydıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43