Topaz Premyer Liqası 20-ci turda son çempion “Qarabağ” “Xəzər Lənkəran”ı sınağa çəkib.
İdmanxeber.com-un stadiona ezam olunmuş müxbirinin verdiyi məlumata görə, ağdamlılar zəifləmiş rəqib qarşısında uğursuz seriyanı qırmağa müvəffəq olub – 3:0.
Oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bunları deyib:
“Xeyli qol imkanlarımız oldu. İstənilən halda bu cür oyunlarda çətinlik çəkirik. Oyundan əvvəl hamıya demişdim ki, səbrli olmaq lazımdı. Düşünürəm ki, futbolçularım səbrli oldular. “Xəzər Lənkaran”ı tebrik edirem. İstəkli komandadı. Ancaq oyunu düşündüklərinə görə futbolçularını təbrik edirəm.
Lənkəran kimi şəhəri futbolsuz görmək yaxşı olmaz. İnanıram ki, onların da vəziyyəti düzələr”.