Yay transfer dönəmində ölkənin üzdə olan ən yaxşı futbolçularını transfer edən, lakin cari mövsümün ilk iki yarısına qədər cəmi 20 xal toplayan "Xəzər Lənkəran"da ciddi islahatlar gözlənilir.
İdmanxeber.com-un məlumatına görə, cənub klubu ilk olaraq gəncləşdirmə siyasətini yürüdəcək. Bundan əlavə Türkiyəyə gedən baş məşqçi Oğuz Çətin böyük ehtimalla geri qayıtmayacaq.
Lənkəran rəhbərliyi milyonluq transferlərlə qazanılan 20 xalı gənc futbolçularla da əldə etməyin mümkünlüyünü nəzərə alaraq bu addımı atacaq.
Yanvarda bir neçə aparıcı futbolçunu komandadan göndəriləcəyi də artıq dəqiqləşib. Rəhbərliyin "qara siyahı"sında Rauf Əliyev, Əfran İsmayılov, Rəşad Sadiqov, Elnur Abdullayev, Tomiç, Cahangir Həsənzadə və digər futbolçularda var.
Bu həftə Lənkəran klubunda bütün suallara aydınlıq gələcək.