Dünyadan

Levandovskiyə yeni təklif

Dortmund “Borussiya”sının futbolçusu Robert Levandovskinin illik gəliri xeyli artırılacaq. Bunu Almaniya mətbuatının yazdığına əsasən söyləmək olar.
Hücumçu bu yay “Bavariya”ya getmək istəsə də, klub onun transferinə razılıq verməmişdi. 

Bundan sonra isə polşalı müqaviləsi bitənə qədər komandada qalacağını bildirmişdi. Dortmund klubu da bunun qarşılığında Levandovskinin illik gəlirini artıracaq. İldə 1,5 milyon avro qazanan oyunçuya 5 milyon avro veriləcək. Görünür “Borussiya” bu addımla həm də forvardla sözləşmə müddətini uzatmaq məqsədi güdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43